"Biz birlikdə çox əylənirik" - MƏŞHUR SİMA AÇIQLADI

25 Oktyabr 2021 12:21 (UTC+04:00)

ABŞ-lı müğənni Nikol Şerzingerlə eşq yaşayan keçmiş reqbi ulduzu Tom Evans "Mən bu münasibətlə lotereya qazanmış kimi hiss edirəm" deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, iki ildir birlikdə olan cütlük Şerzingerin münsif olduğu oyun verilişində tanış olublar.

Cütlük pandemiyanın başlanğıcından dünyanı gəzir. Evans, "Biz birlikdə çox əylənirik" dedi.

Ayşən Vəli