İsveçli reper silahlı hücumun qurbanı olub

25 Oktyabr 2021 11:18 (UTC+04:00)

İsveçdə musiqi dünyasını sarsıdan ölüm hadisəsi baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsveçin ən məşhur reperlərindən olan 19 yaşlı Eynar paytaxt Stokholmda silahlı hücum nəticəsində öldü. Şəhərin cənubunda, Hammarby Sjöstaddakı Eynarın evinin qarşısında baş verən hadisədən sonra polis cinayət araşdırması başladıb.

Stokholm polisinin sözçüsü Ola Osterlinq ən azı iki şübhəlinin şəxsiyyətini müəyyənləşdirdiklərini ifadə edərək, "Hazırda hücumun səbəbini və arxasında kimin olduğunu müəyyən etməyə çalışırıq" deyib. İsveçin SVT kanalı anonim mənbələrə əsaslanaraq xəbərlərində Eynarın ölümündə dəstə əlaqəsinin olduğunu iddia edib. Keçən il Varby dəstəsi tərəfindən qaçırılan və fidyə tələb olunan Eynar, önümüzdəki günlərdə dəstə ilə bağlı bir məhkəmədə ifadə verəcək idi. Tam adı Nils Kurt Erik Eynar Gronberg olan reper 2019-cu ildə "Spotify"-da İsveçin ən çox dinlənən sənətçisi olub, "Grammis" Mükafatını və müxtəlif mükafatları qazanıb.

Aytac Əliyeva