Sərt karantin qaydaları yenidən tətbiq olunacaq? - HƏKİM ŞƏRH ETDİ

25 Oktyabr 2021 11:11 (UTC+04:00)

“Qonşu ölkələrdə gedən proseslər təbii ki, bizdə də narahatlıq yaradır. Çünki biz yaxın qonşularımızla sıx əlaqədəyik. Onlarla aramızda avia və iqtisadi əlaqələr davam edir. Bu baxımdan təbii ki, bizim üçün də müəyyən qədər təhlükə var”. Bu sözləri SİA-ya açıqlamasında həkim, deputat Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycanda həm vaksinasiyanın səviyyəsinə, həm də yoluxmanın nəzarət altına alınmasına görə hal-hazırda sərt karantin qaydalarına ehtiyac görülmür: “Mənim şəxsi fikrimcə, qısa müddət ərzində bizi elə bir təhlükə gözləmir”.

“Yoluxma sayına nəzər yetirsək, yoluxmanın bir qədər artması müşahidə olunur. Lakin biz, vaksinasiya və qoruma tədbirləri baxımından yoluxmanın qarşısını almaq iqtidarındayıq”.

Ayşən Vəli