Gürcüstana gedən azərbaycanlı turistlərin sayı azalıb

25 Oktyabr 2021 09:27 (UTC+04:00)

2021-ci ilin yanvar-sentyabr aylarında Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 57 509 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 79,7 faiz azdır.

SİA bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatına istinadən məlumat verir.

Bu göstərici ilə Azərbaycan Gürcüstana səfər edən vətəndaşların sayına görə yeddinci yerə qərarlaşıb.

Ümumilikdə, hesabat dövründə Gürcüstana 1,3 milyon turist səfər edib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz azdır.