Kanadada yük gəmisində yanğın başlayıb

25 Oktyabr 2021 07:35 (UTC+04:00)

Kanadanın Viktoriya şəhəri yaxınlığında MV Zim Kingston gəmisində baş verən yanğın səbəbindən 16 nəfər təxliyə edilib.

SİA bu barədə rus mətbuatına istinad edir.

Kanada Sahil Mühafizəsindən bildirilib ki, oktyabrın 23-də axşam saatlarında Vankuverə gedən MV Zim Kingston gəmisində 10 konteyner yanıb. Zim Kingston gəmisi zəhərli qaz buraxır, lakin rəsmilər quruda insanlar üçün təhlükənin olmadığını qeyd edib.

CBC News xəbər verib ki, xilasetmə gəmiləri gecə saatlarında yanğını söndürməyə çalışsalar da, gəmidəki kimyəvi maddələr səbəbindən söndürə bilməyiblər.