Bakı sakini qonşusu tərəfindən döyülərək bıçaqlanıb

25 Oktyabr 2021 07:17 (UTC+04:00)

Bakının Sabunçu rayonunda 59 yaşlı kişi bıçaq xəsarətləri alıb.

SİA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.

1962-ci il təvəllüdlü Əhmədov Asəf İslam oğlu qonşuluğunda yaşayan, hələlik adı açıqlanmayan şəxslə əlbəyaxa dava edib. Dava zamanı o döyülüb, daha sonra A.Əhmədova bıçaq xəsarəti yetirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.