ABŞ-dan KXDR-ə növbəti çağırış

25 Oktyabr 2021 04:21 (UTC+04:00)

ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Sunq Kim rəsmi Pxenyanı raket sınaqlarını dayandırmağa çağırıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, Sunq Kim Seul rəsmiləri ilə danışıqlardan sonra deyib: “Biz KXDR-dən vəziyyəti pozan təxribatları və digər hərəkətləri dayandırmağa çağırırıq. Əksinə, dialoqa başlamalıyıq”.

Diplomat xatırladıb ki, ABŞ KXDR ilə belə bir dialoqa hazırdır və heç bir şərt qoymur.