"Ölkəmiz daxildən ölür..."

25 Oktyabr 2021 03:49 (UTC+04:00)
ABŞ-ın sabiq prezidenti Donald Tramp qeyd edib ki, hazırkı hökumət miqrasiya böhranına görə heç bir iş görmədiyindən ölkə çökür.

Bu barədə Trampın həftəlik bəyanatında deyilir.

"Ölkəmiz daxildən ölür, bunu dayandırmaq üçün isə heç kim heç nə etmir. Vacib olan ilk iş divarı (Meskika ilə sərhəddəkini nəzərdə tutur - red.) hörüb bitirməkdir, özü də onu tez yerinə yetirmək olar", - bəyanatda deyilir.

Bundan öncə Corciya ştatındakı seçicilərilə görüşən Tramp Co Bayden administrasiyasını Haitidən gələn miqrant axını səbəbindən ölkənin məhv edilməsində qınamışdı. Tramp əlavə etmişdi ki, "biriləri real şəkildə ölkəni korlayaraq məhv edir, miqrantlar isə sərhəd polisinin agentlərinin üzlərinə gülürlər".

Onun tərəfdarları isə cavabında ölkənin sərhədlərində divarlar tikilməsini dəstəkləmişdilər.

Donald Tramp Meksika ilə sərhəd boyu divarın tikiləcəyini 2015-ci ildə, prezident kampaniyasına başladığı vaxt bəyan etmişdi. O hesab edirdi ki, bu divar ABŞ-ı qanunsuz miqrant axınından qoruyacaq. 1.1 km hasarın çəkilməsi ölkə büdcəsinə 21 milyard dollara oturdu.