Müğənni Ed Şiran koronavirusa yoluxub

25 Oktyabr 2021 02:35 (UTC+04:00)

Böyük Britaniyalı müğənni Ed Şiran COVID-19 ilə bağlı verdiyi testin pozitiv olduğundan sonra özünü təcrid etdiyini açıqladı.

SİA-nın məlumatına görə, bu barədə BBC News televiziya kanalı bildirib.

Musiqiçı öz "Instagram" səhifəsində yazıb ki, planlaşdırılmış müsahibələr və çıxışlarını Saffolk qraflığının Framlinqem şəhərindəki evindən etməyə davam edəcək.