"Atletiko" səfərdə heç-heçə edib

25 Oktyabr 2021 02:18 (UTC+04:00)

Futbol üzrə İspaniya çempionatının 10-cu turunda "Atletiko" komandası səfərdə "Real Sosyedad"la qarşılaşıb.

SİA-nın məlumatına görə, görüş 2:2 hesabı ilə baş çatıb.

Meydan sahiblərinin heyətində qolları Aleksandr Sörlot (7-ci dəqiqə) və Aleksandr İsak (48) vurub. Qonaq komandanın heyətində Luis Suares (61,77) fərqlənib.

"Real Sosyedad" ölkə çempionatında məğlubiyyətsizlik seriyasını doqquz matça çatdırdı, klub on matçdan sonra 21 xal toplayaraq turnir cədvəlində liderdir.