Ekvadorda 4 nəfər qar uçqunu nəticəsində ölüb

25 Oktyabr 2021 02:05 (UTC+04:00)

Çimborazo vulkanının yamacından qar uçqunu nəticəsində azı 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

SİA-nın məlumatına görə, bu barədə Agence France-Presse agentliyi xilasetmə xidmətinə istinadən xəbər verib.

Məlumata əsasən, hadisə Ekvadorun Çimboraso vilayətində baş verib.

Bildirilib ki, hadisə zamanı yamacda 12 nəfər olub:

"Hadisə yerində cavab qrupu işləyir, xilasetmə əməliyyatında polis helikopteri iştirak edir".