PUA-lar Makronun malikanəsinə niyə yaxınlaşıb?

25 Oktyabr 2021 00:11 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makronun Versaldakı iqamətgahı - Lantern malikanəsi üzərində səmada iki naməlum PUA görünüb.

SİA-nın məlumatına görə, bu barədə Le Parisien qəzeti xəbər verib.

Məlumata əsasən, hadisə yerli vaxtla saat 22:00-dan sonra baş verib.

Pilotsuz uçuş aparatları qonşu Şene şəhəri istiqamətində itib. Jandarmeriya təyyarənin sahibini müəyyən edə bilməyib.