Britaniyada son gündə koronavirusdan 72 nəfər ölüb

24 Oktyabr 2021 23:40 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində 39 962 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 8 773 674 nəfərə çatıb.

SİA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 72 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 139 533 nəfərə çatıb.