Somalidə qarşıdurmalar ikinci gündür davam edir

24 Oktyabr 2021 22:25 (UTC+04:00)

Somalinin Quriel şəhərində ölkənin silahlı qüvvələri ilə hökumətə qarşı mübarizə aparan “Əhli əs-Sünnə val Camaa” adlı yarımhərbi qruplaşmanın yaraqlıları arasında baş verən toqquşmalar nəticəsində azı 30 nəfər ölüb.

Məlumata görə, otuz nəfər həlak olub, yetmişdən çox insan yaralanıb.

Qeyd olunur ki, bir tərəfdən Somalinin ordu birləşməsi və Qalmuduq bölgəsinin silahlı qüvvələri, digər tərəfdən isə “Əhli əs-Sünnə val Camaa” adlı yarımhərbi qruplaşmanın yaraqlıları Qurieldə döyüşlərdə iştirak edib.

Oktyabrın əvvəlində “Radio Dalsan”, “Əhli əs-Sünnə val Camaa”nın Somalinin mərkəzindəki iki şəhəri ələ keçirdiyini xəbər verib. Silahlılar Quriel və Dusamareb şəhərlərini nəzarətə götürüblər.

Qeyd edək ki, Somalidə “Əhli əs-Sünnə val Camaa” yarımhərbi qruplaşması 1991-ci ildə yaradılıb. Qruplaşma “Aş Şabab” radikalları ilə əməkdaşlıq edir.