6 bal gücündə zəlzələ baş verib

24 Oktyabr 2021 20:35 (UTC+04:00)

Tayvanın Yilan bölgəsində 6.5 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 6.5 bal gücündə baş verən zəlzələ 6.8 kilometr dərinlikdə meydana gəlib. Zəlzələnin adanın şimal və şərq hissələrində hiss edildiyi bildirilib.

Qeyd edək ki, zəlzələdə ölən və yaralananlar, eləcə də şəxsi mülkə dəymiş ziyan barədə hələlik bir məlumat verilməyib.