Almanlar qonşu ölkələrə müraciət edir

24 Oktyabr 2021 20:54 (UTC+04:00)

Bütün Avropaya təsir edən enerji böhranı sürətlə artır. SİA xarici mətbuata istinadən xəbər verir ki, enerji qiymətlərində rekord artım, İngiltərədə ilk başlayan yanacaq tədarükü böhranı ilə birlikdə qitə ölkələrini çətin vəziyyətə salıb. Xaos görüntüləri bir -birinin ardınca ölkələrdən gəlsə də, Almaniyada yanacaq qiymətləri rekord səviyyəyə qalxdığı üçün almanların yanacaq almaq üçün qonşu ölkələrə axın etdikləri görülüb.