Çində partlayış baş verib - ölənlər və yaralananlar var

24 Oktyabr 2021 16:28 (UTC+04:00)

Çinin Nankin Aerokosmik Universitetinin laboratoriyasında partlayış baş verib. SİA-nın məlumatına görə partlayış nəticəsində 2 nəfər ölüb, daha 9 insan yaralanıb.

Mütəxəssislər hadisənin səbəblərini araşdırır. Digər təfərrüatlar hələlik verilməyib.