Tovuzda 53 yaşlı qadını avtomobil vurub - FOTO

24 Oktyabr 2021 14:07 (UTC+04:00)

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, şəhərin Musa Musayev küçəsində yolu əks tərəfə keçmək istəyən Tovuzun Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Fazilə Cəfərovanı "VAZ-21015" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.