Rusiyada yanğın nəticəsində qadın və azyaşlı oğlan ölüb

24 Oktyabr 2021 13:30 (UTC+04:00)

Moskvanın İstra vilayətinin Ananovo kəndində “Vozrojdenie” SNT-də yerləşən bağ evində yanğın baş verib. SİA bildirir ki, vilayət prokurorluğunun məlumatına görə, nəticədə bir qadın və 2017-ci il təvəllüdlü bir oğlan ölüb.

Hadisənin səbəblərini müəyyən etmək üçün, araşdırmalara başlanılıb.