Son sutkada COVID-19-dan 43 nəfər ölüb - GÜRCÜSTANDA

24 Oktyabr 2021 11:06 (UTC+04:00)

Gürcüstanda ötən sutkada koronavirusa 3 436 yeni yoluxma halı təsdiqlənib, 4 483 nəfər müalicə olunaraq sağalıb, 43 pasiyent vəfat edib. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 692 240 nəfərdə aşkarlanıb. Onların 630 961-i sağalıb, 9 742-si isə ölüb.