Tayvanda 6,3 bal gücündə zəlzələ olub

24 Oktyabr 2021 10:17 (UTC+04:00)

Çinin Tayvan adasında 6,3 bal gücündə zəlzələ olub. SİA Çin Seysmologiya Mərkəzinin məlumatına istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla 13:11-də (Bakı vaxtı ilə 9:11) adanın şərq hissəsindəki Yilan rayonunda qeydə alınıb. Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Yeraltı təkanların baş verdiyi ərazidə əvvəllər bir neçə dəfə zəlzələ qeydə alınıb.