Filippin sahillərində güclü zəlzələ olub

24 Oktyabr 2021 08:30 (UTC+04:00)

Filippin sahillərində 5 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Butuan şəhərindən 178 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. SİA bu barədə rus mətbuatına istinad edir.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.