Koronavirusa yoluxanlar Almaniyada da artıb

24 Oktyabr 2021 05:21 (UTC+04:00)

Almaniyada koronavirusa yoluxanların sayı rekord dərəcədə artıb.

SİA Almaniya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir, oktyabrın 18-dən 22-dək ölkədə hər 100 min nəfərə 100 yoluxma halı qeydə alınıb.

Məlumata əsasən, bundan öncəki həftə hər 100 min nəfərə 67,7 yoluxma halı qeydə alınıb. Son sutkada yoluxma hallarının sayı 15 145-ə bərabər olub.

Ümumilkdə ölkədə koronavirusa 4 452 425 yoluxma halı qeydə alınıb. Koronavirusa yoluxanlardan 95 077 nəfəri vəfat edib.