“Körfəz kralı” cinayətkar dəstəsinin başçısı tutulub

24 Oktyabr 2021 04:11 (UTC+04:00)

Kolumbiya polisi hərbçilərlə birlikdə “Körfəz Kralı” cinayətkar dəstəsinin başçısı “Otoniel” ləqəbli Dairo Usuqu saxlayıb.

SİA xəbər verir ki, bu barədə “El Tiempo” nəşri məlumat yayıb.

Əməliyyat Kolumbiyanın şimal-qərbindəki Nekokli bələdiyyəsində keçirilib. Hazırda Usuqu Medellinə aparırlar.

Qeyd edək ki, “Körfəz Kralı” Kolumbiyada narkotik ticarəti ilə məşğul olan ən böyük cinayət təşkilatıdır. Qeyd edək ki, o ölkədə ən çox axtarılan cinayətkar sayılırdı.