Baydenin reytinqi rekord dərəcədə düşüb

24 Oktyabr 2021 03:11 (UTC+04:00)

Son doqquz ayda ABŞ Prezidenti Cozef Baydenin fəaliyyətinin dəstək reytinqi prezidentliyi dövrünün ən aşağı səviyyəsinə enib. SİA bu barədə rus mətbuatına istinad edir.

Bu barədə “Gallup” Sosioloji Araşdırma Mərkəzinin keçirdiyi rəy soruğusunun nəticəsində məlum olub.

Mərkəzin keçirdiyi son soruğunun nəticələrinə əsasən, C.Baydenin nüfuzu 11,3 faiz düşüb və bu ölkənin əvvəlki 10 prezidentinin reytinqindəki enişdən daha aşağıdır.