"Qızıl meydan"a girişə məhdudiyyət qoyulub?

24 Oktyabr 2021 01:54 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada "Qızıl meydan"a girişə məhdudiyyət tətbiq edilib.

SİA xəbər verir ki, buna səbəb dünən başlayan və bu gün də davam edən şiddətli fırtına olub.

Rusiya Federal Mühafizə Xidməti tədbirlər görüldükdən və fırtına səngidikdən sonra "Qızıl meydan"a girişin bərpa ediləcəyini bildirib.