Bakıda "BMW" markalı minik avtomobili yanıb

24 Oktyabr 2021 01:12 (UTC+04:00)

Bakının Yasamal rayonunda "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.