Latviyada koronavirusa yoluxanların sayı artıb

24 Oktyabr 2021 00:44 (UTC+04:00)

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 2932 nəfər artaraq 200 min 321-ə çatıb.

SİA xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 4 milyon 789 min 673 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 20 min 218 nəfərdən 2932-nin testinin nəticəsi müsbət çıxıb.

Ölkədə son sutka ərzində COVID-19-dan 26 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi ümumi rəqəmlərə əsasən, 165 min 461 nəfər təşkil edir.

Latviyada koronavirusa yeni yoluxma hallarının artacağı istisna olunmur.