Salahın mum heykəli Londonda muzeyə qoyulub

24 Oktyabr 2021 00:41 (UTC+04:00)

Misirli futbolçu Məhəmməd Salahın mum heykəli Londonda yerləşən Madam Tüsso muzeyinə qoyulub.

SİA xəbər verir ki, Məhəmməd Salah bu muzeydə heykəli olan ilk ərəb olaraq tarixə düşüb.

Salah muzeyi ziyarət edərək heykələ bənzərliyinə təəccübünü gizlədə bilməyib.

İngiltərənin "Liverpul" futbol klubunun və Misir milli futbol komandasının heyətində hücumçu kimi çıxış edir.