Baltikyanı ölkələrdə NATO-nun 3-cü aviabazası açıldı

23 Oktyabr 2021 23:33 (UTC+04:00)

NATO modernləşmə başa çatdıqdan sonra Latviyadakı Lielvarde hərbi aerodromunu tam istifadəyə verib.

Bu barədə alyansın hava komandanlığı məlumat yayıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Qeyd edək ki, Riqanın cənub-şərqində yerləşən Lielvarde aviabazası hələ 1970-ci ildə Sovet ordusu tərəfindən yaradılıb. Aviabaza Baltikyanı ölkələrdə ən böyüyü olub.

“Lielvarde aerodromu günün istənilən vaxtında və istənilən hava şəraitində müttəfiq ölkələrin təyyarələrini qəbul edə bilir”, – NATO-nun məlumatında deyilir.

Baltikyanı bölgədə patrul xidmətində olan NATO döyüşçüləri hava limanından alternativ eniş yeri kimi istifadə edə biləcəklər.