C vitamini çatışmazlığının əlamətləri

23 Oktyabr 2021 23:21 (UTC+04:00)

Vitamin C – askorbin turşusu pandemiyada ən çox gündəmə gələn vitaminlərdəndir. Bu vaxta qədər onun vacibliyini xatırladan yox idi. Müasir insanlar kəskin avitaminozdur. C vitamini isə çox adamlarda çatışmır.

Bu vitamin güclü antioksidantdır, damarlar, birləşdirici toxumanın formalaşması, dəmirin qana sovrulması üçün çox vacibdir. İmmuniteti möhkəmləndirir.

Çatışmadıqda simptomları:

- İdə 4-5 dəfə infeksion xəstəliklərə tutulmaq

- Yaraların, zədələrin izinin çox gec sağalması

- Damaqda qanama

- Bədəndə qəfil göyərmələrin yaranması

- Sümüklərin əriməsi, əyilməsi

- Ayaqlarda ağrılar

- Əsəbilik, hər şeyə qıcıqlanma

- İştahın olmaması

- Burundan qanaçılma

- Damarların partlaması

- Depressiya

- Əzginlik

- Dırnaq dibinə qansızma

Qidalanmasında ancaq çay, çörək, ət olan, konservləşdirilmiş qidalar yeyən uşaq və böyüklərdə defisit yaradır. Kəskin vitamin C çatışmazlığı çinqa xəstəliyi adlanır.

Müalicə üçün yüksək dozalı vitamin C inyeksiyası edilir və ya təyin edilir. Eləcə də C vitaminli qidalar çox yeyilməlidir. Bunlar kartof, bütün növ kələmlər, sitrus meyvələri, itburnu, giləmeyvələr, bolqar bibəri və s.-dir.