Nigeriyada 800-dən çox məhbus həbsxanadan qaçıb

23 Oktyabr 2021 22:44 (UTC+04:00)

Nigeriyanın Oyo ştatında həbsxanaya silahlı hücumdan sonra 800-dən çox məhbus qaçıb, onlardan 200-dən çoxu saxlanılıb.

Bu barədə yerli NAN agentliyi məlumat yayıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Daha əvvəl “Punch” qəzeti Nigeriyanın cənub-qərbindəki həbsxanaya silahlı hücum edildiyini və məhbusların sərbəst buraxıldığını bildirmişdi.