Boksçu dəhşətli şəkildə ölüb - FOTO

23 Oktyabr 2021 15:26 (UTC+04:00)

Rusiyalı boksçu Vyaçeslav Dudnik dostu ilə ova çıxarkən ayının hücumu nəticəsində ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, boksçu İlya Medvedev dostunu öldürən qonur ayı ilə dəqiqətən də döyüşüb. Ağır yaralanaraq xəstəxanaya aparılan boksçunun vəziyyətinin ağır olduğu və ayının silahla yaralanmasına baxmayaraq uzun müddət hücum etməyə davam etdiyi məlum olub.

23 yaşlı İlya Medvedev və 48 yaşlı dostu Vyaçeslav Dudnik Rusiyada İrtış çayında balıq tutarkən qonur ayının hücumuna məruz qalıblar. Ayı əvvəlcə Dudniki parçalayıb. Sonra ayı Medvedeyə hücum edib. Ayını tapança ilə dayandırmağa çalışan boksçu silahını yerə ataraq götürdüyü bıçaqla heyvanı zərərsizləşdirməyə çalışıb.

Hadisənin şahidi bildirib ki, boksçu ayı ilə bir neçə dəqiqə vuruşub. Səyləri nəticəsiz qalan gəncin qışqırtısını eşidən balıqçı hadisə yerinə çatanda qarşılaşdığı dəhşətli mənzərəni belə izah edib: "Mən qayığımla balıq tutmaq üçün İrtış çayında idim. Qışqırıqlar bütün ərazidə əks-səda verdi, dərhal səs gələn tərəfə döndüm. Ayı ilə mübarizə aparan qan içində bir gənc var idi. Dudnikin yerdə uzandığını gördüm. Dəhşətli mənzərə idi. Ayı aldığı güllələrə baxmayaraq hələ də hücum edirdi. İlyanın silahı əlindən düşmüşdü və bıçaqla hücum eirdi. Sonda boksçu ayını öldürsə də özü ağır yaralanmışdl. Dərhal onu qayığa mindirib ən yaxın xəstəxanaya apardım".

Həkimlərin bildirdiyinə görə, müalicə alan boksçunun başında və bədənində dərin yaralar olduğundan vəziyyəti ağır olaraq qalırdı. Bu gün məlum olub ki, bütün səylərə baxmayaraq gənc həyatını itirib.

Rüqəyya Orucova