Məşhur aktyor filmin çəkiliş meydançasında ölüb

23 Oktyabr 2021 13:34 (UTC+04:00)

Türkiyəli məşhur aktyor Kamal Kuruçay filmin çəkiliş meydançasında ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 59 yaşlı aktyorun ölüm səbəbi infarkt keçirməsi olub.

Mərhum aktyor "TRT 1 " kanalında yayımlanan "Varlı qız, kasıb oğlan", "80-lər" serialları ilə izləyicinin könlündə taxt qurmuşdu.

Aytac Əliyeva