“İran Azərbaycanla qarşılıqlı etimad əsasında əməkdaşlıq etməlidir” - ŞƏRH EDİLDİ

25 Oktyabr 2021 11:17 (UTC+04:00)

“Regionda dəyişən regional şərtləri artıq İran qəbul etmək məcburiyyətindədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, hazırda İran-Azərbaycan münasibətlərinin yaxşı olduğunu hələ demək tezdir. Çünki İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı qeyri-konstruktiv və hərbi təlimlərdə müəyyən təyziqlər etməyə çalışmış, Zəngəzur dəhlizinə qarşı çıxmışdır. Həmçinin Azərbaycanın ərazi bütövlüyünü pozub və əlbəttə ki, Azərbaycan tərəfi öz prinsipial hərəkətləri ilə obyektiv olaraq mövqeyini ortaya qoyub. Göründüyü kimi İran artıq hərbi təlimləri təxirə salıb. Laçın dəhlizindən Qarabağa yüklərin daşınmasını qadağan edib. Bu Azərbaycanın uğurudur.

Regionda dəyişən regional şərtləri artıq İran qəbul etmək məcburiyyətindədir. Təbii ki, burada Azərbaycan və Türkiyənin yaratdığı geosiyasi, geostrateji, geoiqtisadi stereotiplər var. İran bunu pozmağa çalışırdı amma bu baş tutmadı. Təbii ki, indi İrandan müəyyən müsbət şəkildə referanslar görürük amma buna hələ biz tam əmin ola bilmərik. Deməzdim ki, münasibətlər normal müstəviyə keçib amma əvvəlki vəziyyətdə də deyil. Sadəcə olaraq İran daha da addımlar atmalıdır və Azərbaycana qarşı anti-təbliğat siyasətindən əl çəkib, Azərbaycanla qarşılıqlı etimad əsasında əməkdaşlıq etməlidir”.

Abutel İlhamqızı