Karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb

23 Oktyabr 2021 09:51 (UTC+04:00)

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Soltanabad kənd sakini Atamoğlan Ağayevin fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi ilə profilaktiki söhbətlər aparılıb və barəsində qanunamüvafiq tədbirlər görülüb.