Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb

23 Oktyabr 2021 09:24 (UTC+04:00)

Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, Sabirabad rayon sakini Asif Rəhimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan A.Rəhimovun qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.