On nəfəri daşıyan liftin trosu qırılıb

23 Oktyabr 2021 05:49 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada daxilində 10 nəfərin olduğu lift beşinci mərtəbədə qırılaraq şaxtaya yuvarlanıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Hadisənin ilkin səbəbi kimi liftin trosunun qırılması göstərilir.

Lakin xoşbəxtlikdən liftə olanlardan heç kim xəsarət almayıb.

Hadisəni araşdıran prokurorluq orqanından verilən məlumatda qeyd olunur ki, ikinci və üçüncü mərtəbələr arasında texniki təhlükəsizlik sistemi işə düşüb və bunun nəticəsində sakinlər xəsarət almayıb.