Bolqarıstanda koronavirusla bağlı vəziyyət kəskinləşir

23 Oktyabr 2021 03:37 (UTC+04:00)

Bolqarıstanda sutka ərzində 4816 yeni koronavirusa yoluxma halı qeydə alınıb.

SİA Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 559 min 893 nəfərə çatıb. 465 min 32 nəfər sağalıb. 22 min 839 nəfər isə xəstəlikdən həyatını itirib. Hazırda xəstəxanalarda 6608 nəfər pasiyent müalicə olunur. 590 nəfər reanimasiyada yerləşir.

Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirərək əhalini sanitar normalara riayət etməyə, peyvənd olunmağa çağırıb.