Ağsu Təhsil Şöbəsinə yeni rəhbər təyin olunub

23 Oktyabr 2021 01:53 (UTC+04:00)

Ağsu rayon Təhsil Şöbəsinə yeni rəhbər təyin olunub.

SİA-nın məlumatına görə, təyin olunan yeni şöbə rəisi Əlimirzə Dəmir oğlu Məmmədovdur.

Qeyd edək ki, Ə.Məmmədov bundan öncə Ağsu rayon Təhsil Şöbəsində Fiziki tərbiyə və hərbi müəllimlər üzrə metodist vəzifəsini tuturdu.