"Liverpul"un futbolçusu Məhəmməd Salah baş məşqçisi Yurgen Kloppun onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
SİA Qol.az-a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis daha əvvəl açıqlamasında misirli hücumçunu dünyanın ən yaxşısı hesab etdiyini deyib. Salah isə Kloppun sözlərinə belə cavab verib:
"Bu, çox gözəl səslənir. Son vaxtlardakı oyunumdan razıyam. Hər zaman çalışıram. Özümü bütün dövrlərin ən yaxşı futbolçusu hesab edirəm. Başqalarının bununla razı olub-olmamasının mənim üçün heç bir fərqi yoxdur".
Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"da oynayır.