Bağdad Amreyev mediaformunda çıxış edib

22 Oktyabr 2021 22:48 (UTC+04:00)

"Türk dünyası əsrlər boyu siyasi, coğrafi, ideoloji və mədəni baxımdan vacib bir faktor olmuşdur".
Bunu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə İstanbulda keçirilən Türk Şurasının mediaforumuna müraciətində deyib. SİA bu barədə türk mətbuatına istinad edir.

Amreyev bildirib ki, Şura Türkiyə istisna olmaqla, üzv ölkələrin müstəqilliyinin 30-cu ildönümünü qeyd etdiyini vurğulayab:

“Bu münasibətlə ölkələrimizin müstəqilliyini tanıyan ilk ölkə olan Türkiyədə belə bir forumun təşkili noyabrın 12-də İstanbulda keçiriləcək Türk Şurasının 8-ci Liderlər Zirvə Toplantısı öncəsi mühüm əhəmiyyət kəsb edir”.

Əsrlər boyu türk dünyasının siyasi, coğrafi, ideoloji və mədəni baxımdan mühüm faktor olduğunu vurğulayan Amreyev deyib:

"Amma bu anda tarixdə ilk dəfə olaraq türk dünyası vahid siyasəti, coğrafiyası, maraqları, məqsədləri və ortaq bilik sahəsi ilə birləşmiş tək varlıq olaraq hərəkət edən, tək vücuda çevrilib. Bu gün önəmli bir güc kimi vahid türk dünyasından söz aparmaq mümkündür. 12 il əvvəl yaradılan Türk Şurası türk dünyasının ortaq təşkilatına, ortaq əməkdaşlıq mexanizminə, ortaq səsinə və platformasına çevrilmişdir. Türk Şurası Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun tərkibindəki beynəlxalq təşkilatlarla yaxşı əlaqələr qurub. Biz qarşıdakı dövrdə də bu konstruktiv və müsbət yanaşmanı davam etdirərək regionda və qlobal miqyasda cazibə mərkəzi olmağa davam edəcəyik.

Amreyev Türk Şurasının 12 ildir ki, bütün qonşuları ilə dostluq münasibətləri saxladığını və heç bir problem yaşamadığını bildirib.
"Bu baxımdan bütün ölkələr üçün bir cazibə mərkəzinə çevrildik. Bunun sayəsində bir çox ölkələr Türk Şurasına müşahidəçi olmaq niyyətlərini bəyan edirlər" deyə Amreyev qeyd edib.

Amreyev bildirib ki, qloballaşma və internet sayəsində dünya vahid ümumi informasiya və kommunikasiya sahəsinə çevrilib.

Türk Şurası olaraq qarşıdakı dövrdə də ölkələrimiz arasında media və informasiya sahəsində əməkdaşlığı artıracaq fəaliyyət və tədbirlər həyata keçirməyə davam edəcəyik.