Məşhur aktrisa podiumdan yerə yıxılıb

22 Oktyabr 2021 18:34 (UTC+04:00)
Türkiyəli aktrisa Tuğba Altıntop, baş model olaraq podiuma çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Altıntop gecədə, yaşıl paltar və gəlinlik geyinərək yeriyib. Kürsüyə füsünkar bir giriş edən Altıntop ayağı ilişərək yerə yıxılıb.

Dərhal ayağa qalxan aktrisa, yenidən kürsüyə çıxaraq yoluna davam edib.

Xatırladaq ki, Tuba Altıntop məşhur müğənni Rafet El Romanla evlənməsi ilə məşhur olmuşdu.

Aytac Əliyeva