Rusiyada dəhşətli partlayış - 16 nəfər öldü

22 Oktyabr 2021 14:37 (UTC+04:00)

Rusiyanın Ryazan vilayətində "Elastik" barıt zavodunda partlayış baş verib. SİA-nın məlumatına görə, hadisə nəticəsində 16 nəfər həlak olub.

Qeyd olunur ki, hadisə zamanı zavodda 17 nəfər olub.

Məlumata əsasən, zavodda istehsal avadanlığının işə salınması zamanı partlayış baş verib və zavodun tikililərindən biri çöküb.

Hadisə yerində axtarış işləri davam edir.