“Barselona” Mbappeni almağa ümidlidir

22 Oktyabr 2021 13:05 (UTC+04:00)

Bu gün “Barselona” ciddi maliyyə çətinlikləri yaşayır, lakin klub gələn yay ən azı bir böyük sövdələşmə əldə etməyə ümidini itirmir.

Belə ki, Kataloniya klubu Kilian Mbappenin transferinə ümid bəsləyir. Qeyd edək ki, kataloniyalılar istedadlı fransıza imza bonusu olaraq 90 milyon avro ödəyə biləcəklərinə inanırlar.

Onu da qeyd edək ki, Madrid “Real”ı da Mbappeyə, yəni onu almağa ümidlidir. Lakin madridlilər fransız futbolçu üçün üçün “Barselona” ilə müqayisədə daha az, yəni 50 milyon avro təklif edirlər.

Xatırladaq ki, Kilian Mbappenin PSJ ilə hazırkı müqaviləsi cari mövsümün sonuna kimi hesablanıb. Yanvarın ilk günündən isə forvard xarici klubla sərbəst danışıqlar aparmaq və hətta ilkin müqavilə imzalamaq hüququ qazanacaq.

Ağasəf