Zaqatala rayonunda şəhidlərin xatirəsi anılıb

22 Oktyabr 2021 13:00 (UTC+04:00)

YAP Zaqatala rayon təşkilatının, Zaqatala rayon icra hakimiyyətinin rəhbərliyi, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Zaqatala rayon III Tala kənd sakini mayor Qaflanov Şixamir Oruc oğlunun, Qımır kənd sakinləri Murtuzəliyev Xaqani İsa oğlunun və İsrafilov Abdurahman İsrafil oğlunun ildönümləri ilə əlaqədar məzarlarını ziyarət edib, məzarları üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirələrini böyük ehtiramla yad ediblər. Eyni zamanda, Qımır kəndində şəhidlərin əziz xatirəsinə tikilmiş Şəhidlər bulağının da açılışı olub. Daha sonra şəhidlərin ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib və nümunəvi gənclər kimi cəmiyyətin rəğbətini qazandığını vurğulayıblar. Şəhidlərimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

ZÜMRÜD BAYRAMOVA