Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov, təşkilatın əməkdaşları və fəalları 22 oktyabr 2021- ci il tarixdə 44 günlük Vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Biləsuvar rayon Günəşli kəndindən olan şəhid Teymurzadə Nahid Üzeyir oğlunun ildönümü ilə əlaqədar olaraq ailəsini ziyarət ediblər.
Daha sonra şəhidimizin məzarı ziyarət olunub, məzarı üzərinə tər gül dəstələri düzülərək əziz xatirəsi böyük ehtiramla yad edilib və ruhuna dualar oxunub.
Allah rəhmət eləsin!
Rəfiqə