Latviyada komendant saatı tətbiq edilib

22 Oktyabr 2021 09:24 (UTC+04:00)

Latviyada koronavirusla əlaqədar komendant saatı qüvvəyə minib.

SİA bu barədə rus mətbuatına istinad edir.

Bu barədə Latviya Karantin İdarəetmə Şurasının qərarında deyilir.

Qərara əsasən, noyabrın 15-dək ölkə ərazisində komendant saatı tətbiq ediləcək. Hər gün axşam saat 20:00-dan səhər 5:00-ə qədər yalnız təcili səbəblərdən evdən çıxmağa icazə veriləcək.

Məhdudiyyət vaksinasiyadan asılı olmayaraq hamıya şamil edilir.

Ölkədə komendant saatının tələblərinə riayət olunmasını hüquq-mühafizə orqanlarının əməkdaşları izləyəcək.