ABŞ İranla birbaşa danışıqlara hazırdır

22 Oktyabr 2021 08:31 (UTC+04:00)

ABŞ İranla nüvə sazişi üzrə birbaşa danışıqlara hazırdır.

SİA-nın məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner deyib.

C.Fayner bildirib: "(İranla - red.) birbaşa danışıqlara hazır olduğumuzu açıq şəkildə bildirdik. Bizim mövqeyimiz dəyişməz olaraq qalır: biz qarşılıqlı etimad prinsipi əsasında danışıqlara qayıtmağa hazırıq".

O əlavə edib ki, ABŞ və İran arasında, xüsusən də Birgə Hərtərəfli Fəaliyyət Planına əməl etməyin nə demək olduğu ilə bağlı fikir ayrılığı hələ də mövcuddur.