Rusiyalı təqaüdçi polis mayorunu güllələyib

22 Oktyabr 2021 05:11 (UTC+04:00)

Rusiyanın Bryansk vilayətində 67 yaşlı təqaüdçi kişi arvadının intiqamını almaq üçün polis mayorunu güllələyib və...aradan çıxıb.

Çiyindən, belindən və qarnından güllə yaraları alan 34 yaşlı mayor isə xəstəxanaya yerləşdirilib.

Polis mayorunun sözlərinə görə, bir müddət əvvəl o, təqaüdçinin arvadını “samoqon” ticarəti ilə əlaqədar inzibati məsuliyyətə cəlb edibmiş.

Ərindən ayrı yaşayan bildirən qadın isə bunu son zamanlar ərinin psixikasında yaranan problemlərlə əlaqəıləndirib.

Nazlı